Reklam verin!

Nə canı cannan ayırır


Nə canı cannan ayırır,
nədə ki,cana doyurur,
külək qalxir,qar sovurur,
gur yagışlar yagır sənnən

dərd beləcə sözdümü ki,
birdimi ki,yüzdümü ki,
təkcə bir cüt gözdümü ki,
əzrayıldı baxır sənnən

bil mövlam haqqı işiyəm
yerin,göyün gərdişiyəm
mən könüllər dərvişiyəm
gedəsiyəm axır sənnən

Yazar: Tahir TALIBLI @ Oktyabr 21, 2008 14:58 : Bölməsiz : Şərhlər(1)

Baxış sayı: 15
Açar sözlər:
Bookmark and Share

İŞİM DÜZ GƏTİRMİR, ƏLLƏRİM YALIN,

Isim duz getirmir,
ellerim yalin…
ozumə derd ani,
qəm saatiyam
eynimə almiram,bu olan qalan
omrumu uyudən qum saatiyam

elə yeriyirəm ele kecirəm,
ayaqim yollarda das-kəsək bilmir
bir əlim ilana zəhər satammır,
bir əlim pambiqla baş kəsə bilmir,

minnət goturmurəm dunyada yaddan,
torpaq şumlayiram,dərd götürurəm,
vətən,torpaqinda eh neçə adda
xarici markali düşmən gorurəm

dərdlərdə xətrimi çox sevir mənim
onlara qardasam bax goz gorəsi,
istər imtahana çek cevir məni,
torpaq şirəsidi uzum giləsi,

hərəsi bir dərddi,ulduzlar yanir
qizil şohrət olmur tac urək ucun
mənim yan yorəmdə infarct firlanir
isti urək gəzir cucərmek ucun

daq kimi kisilər ölur biqefil,
nəsə yaxa cirır pisdən əcəldə,
nə olsun dunyanin min oyunu var,
padsah qizi alir bəzən keçəldə
eh mənim islərim uzanir elə,
deyən əzabimdan dunya qazanir,
gunləri,aylari verirəm yelə
ureyim aqriyim canim qizinir

dəyməsin başima nədən qapazi
doyulum soyulum mərdin əliylə
hər gecə doyulər şair qapisi
dunyada ən tənha dərdin əliylə

isim düz gətirmir əllərim yalin,
özumə dərd ani,qəm saatiyam
vecimə almiram,bu olan qalan
omrumu uyudən qum saatiyam


Yazar: Tahir TALIBLI @ Oktyabr 21, 2008 14:58 : Bölməsiz : Şərhlər(0)

Baxış sayı: 14
Açar sözlər:
Bookmark and Share

DəRDDə SADLANMAQ ISTEYIR



olum adami gözundən,
tutub qatlamaq istəyir
qəmə bukulu urəyim
sinib çatlamaq istəyir
 
yolda,izdə odlanani
coldə,duzdə odlanani
sazda,sozdə odlanani
odda odlamaq istəyir

dərd dərddən agir gələndə
uzunə baxib guləndə
adami faqir gorəndə
dərddə şadlanmaq isteyir

Yazar: Tahir TALIBLI @ Oktyabr 21, 2008 14:57 : Bölməsiz : Şərhlər(0)

Baxış sayı: 17
Açar sözlər:
Bookmark and Share

mən sözü hərdən deyirəm


mənə qalan gecələrdi,
bir bir sirli naqildi
durub göz-gözə qaliram
elə ki yuxum daqildi

günlərim çixir,tükənir
çoxuda urəkli olmur
icimdə dərd bəsleyirəm
dərd də boyrəkli olmur

yolun,nə vecinə yorqun
aman bilmir,and istəmir
isim hələ ters gətirir
tərsdəki avand istəmir

oturub zumzumə deməz
dərdli ki, agi yerinə
indi kələkmi oyrədək
usaqa aqil yerine

tənhalar təklər nə çəkir
aqridan,dərddən deyirəm
heç vaxt qalxan eləmirəm
mən sözü hərdən deyirəm

Yazar: Tahir TALIBLI @ Oktyabr 21, 2008 14:56 : Bölməsiz : Şərhlər(0)

Baxış sayı: 13
Açar sözlər:
Bookmark and Share

MəCNUN MəHəBBəTI



batar uzaqlarda MəCNUN yelkəni
ömrumə bir LEYLI tufani axar
harayi əbədi qəlbimə hakim
əzab da bir cürə sevgidi axi

dünyama bir ömür qayqi daqidar
uzaqdan boylanan baxislarinda
bizim aramizda ibn-səlam var
bitərəm ayriliq yaqislarinda

bir şirin arzuya dönər yolunda
urəyim çəkilər yənə tarima
sənin gorkəmində sənin donunda
mələklər dolusar yuxularima

yanib kul olsa da sonməsi çətin
məcnun sevgilərinə boylanir hami
LEYLISI vəfali olan sevginin
VERəMLəMəLIDI IBN-SəLAMı

Yazar: Tahir TALIBLI @ Oktyabr 21, 2008 14:55 : Bölməsiz : Şərhlər(0)

Baxış sayı: 14
Açar sözlər:
Bookmark and Share

S o h b ə t


Mənim göruləsi çox isim qalIb,
Başımdan aşıbdı ev qaygılarım
Neçə uzaq uzaq səfərim qalib
Uqrunda ölməli görüşum qalıb

Yanımdan keçəmməz havayı ad-san,
ələ ələyində,qovur sacInda
Uzaq nagıllardan gələn isıqsan
Mən də ki,qalmışam yol ayrıcında

Hələ gorüləsi çox isim qalıb
Hələ neçısi də düşüb baş ayaq
Vaxt olub bir misra yazmamışam
Bütöv bir gecəni qalsam da oyaq


Xəcalət gətirir soyugu yaşın
Ozu də müdriklik vaxtına cəkIr
Hələ şerlər var yazmamışam
Qəlbimdə nisgilli agrIlar yatır


Gördün ki,quruyam,susuzam,daşam
Elə axsam səhər mohnət ver mənə
Dolu urəyimi boşaltmamışam,
Bir azca səbr,möhnət ver mənə


Boynumdan günahım asIlan kimi,
Sinəmdə ürəyim qorsuz ocaqdı
Təzə şerlərim yazılan kimi
Köhnə günahların yuyulacaqdı


Hələ ki,əlində bir gur cıragın
Həm də ki, ay ürək, yanar çagın var
Ya yol gedə gedə ulduz olmagın,
Ya da bir qəfləti uduzmaqın var

Yanından ötəmməz havayı ad san
ələ ələyində,qovur sacında
Uzaq nagIllardan gəLən isiqsan
Mən də ki, qalmışam yol ayrIcInda


Yazar: Tahir TALIBLI @ Oktyabr 21, 2008 14:54 : Bölməsiz : Şərhlər(0)

Baxış sayı: 12
Açar sözlər:
Bookmark and Share

YAZA BİLMƏDİYİM ŞERLƏR


göre bilmədiyim adamlardi
görüşə gecikdiyim qizlardi
çata bilmədiyim arzulardi
bütöv bir omurdu
yaza bilmədiyim şeirlər

Yazar: Tahir TALIBLI @ Oktyabr 21, 2008 14:53 : Bölməsiz : Şərhlər(0)

Baxış sayı: 17
Açar sözlər:
Bookmark and Share

Bir qız bir oqlan



axira catacaq bu sohbət, bu söz,
sonra tərəddüdlər yetəcək sona
bir vaxt urəində qaraltdiqin köz
çətinki alişa,çətinki yana

qeybətlər sönəcək sevgimiz kimi,
sənin yaddasinda nə qalacaq,nə?
ala gozlərində buz salximlanib,
sinəmdə çatdiqin bu od-ocaq nə?

piyada qalmisam,yolum izim qar,
qarsima atdiqin qayadi sənin,
dunya siqallayar xumarlandirar,
bir gundə sirkələr oyadar səni

soyuq kulklər də elə əsərki,
arada nə savas nədə barişiq,
bir zaman ayrilib gorəcəksənki,
ureyin bomboşdu basin qarisiq

bir sevgi təzədən bir furset gəzər,
kecilən yollari qayitmaq olmaz.
nə qədər xatire kor murgudədi,
dəymə.........xatalidi,oyatmaq olmaz

bir gunahsiz sevgi,eh....təşnə yaniq,
sonra ayilarsan,sonra gec olar,
bir oqlan yasayir ureyi siniq.,
bir qizda təəssuflə sacini yolur.

Yazar: Tahir TALIBLI @ Oktyabr 21, 2008 14:53 : Bölməsiz : Şərhlər(0)

Baxış sayı: 20
Açar sözlər:
Bookmark and Share

Hər şeyi unutmaq olar

Hər şeyi unutmaq olar 
Uca tanrının adına
Aldanıb yaşamaq olar
Bir ölümün umuduna


Dünya,kimdi əndirdiyin
Kimdi köntöy dindirdiyin
Kimdi yenə mindirdiyin
Bir dəlisoy cin atına

Sular dəyə-dəyə gedir
Daşı döyə-döyə gedir
Adam gizlənməyə gedir
Bəlkədə torpaq altına 

18.10.2008

Yazar: Tahir TALIBLI @ Oktyabr 21, 2008 14:51 : Bölməsiz : Şərhlər(0)

Baxış sayı: 14
Açar sözlər:
Bookmark and Share

Bilmədim

Yerin tanrının yanımı 
Beləcə ucadı bilmədim,
Istədim açım qapını
Halın necədi bilmədim

Yeddi qat sirrər oyatdı
Yeddi dag,bələn oynatdı,
Sözün içimi göynətdi
Könlün incədi bilmədim

Çixmaqnan bitməz hər yoxuş 
Bitməz,saqqalı agarmış
Bizdən öncə ölüm varmış
Ölüm öncədi bilmədim

Yazar: Tahir TALIBLI @ Oktyabr 21, 2008 14:48 : Bölməsiz : Şərhlər(0)

Baxış sayı: 13
Açar sözlər:
Bookmark and Share


  Yazılar cəmi: 56   Sonrakı səhifə »